Xəttsiz (Wireless) Sistemlər
Simsiz yanğın siqnalizasiya sistemləri yanğının erkən aşkarlanması və operativ xəbərdarlıq üçün nəzərdə tutulmuş müasir təhlükəsizlik həllidir. Kabelsiz işlədiyi üçün quraşdırılması daha rahat və çevikdir.
Bu sistemlər xüsusilə tarixi binalar, ofislər, butik mağazalar, villalar, hotellər və interyerə minimum müdaxilə tələb olunan obyektlər üçün ideal seçimdir. Sürətli quraşdırılma, estetik görünüşün qorunması və əlavə kabel işlərinin olmaması əsas üstünlükləridir.
Peşəkar şəkildə quraşdırılmış simsız yanğın siqnalizasiya sistemi təhlükəsiz təxliyəni asanlaşdırır, riskləri minimuma endirir və obyektiniz üçün etibarlı təhlükəsizlik təmin edir.
Techart olaraq obyektiniz üçün simsiz yanğın siqnalizasiya sistemlərinin layihələndirilməsi, quraşdırılması və texniki xidmətini peşəkar şəkildə həyata keçiririk. Minimal müdaxilə ilə maksimum təhlükəsizliyi bizimlə təmin edin.
Təhlükəsizlikdə doğru qərarı verin
Obyektiniz üçün ən uyğun sistemləri birlikdə müəyyən edək. Peşəkar həllər və pulsuz konsultasiya təqdim edirik.
Bizimlə əlaqə